image-qanunla-reklam
image-img_20211218_151334

“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurası mərhələli şəkildə Birliyin qadınları ilə görüşlər keçirməyə başlayıb

image-lady-day-az

“Azəriqaz” İB-nin Qadın və İnkişaf Şurası mərhələli şəkildə Birliyin qadınları ilə görüşlər keçirməyə başlayıb.

Qanunla.Az xəbər verir ki,Qadın və İnkişaf Şurasının ilk görüşü Layihə-Konstruktor Bürosunda baş tutub. Büronun rəisi İlyas Məmmədov Qadın və İnkişaf Şurasının yaranması təşəbbüsünə dəstək verdiyi üçün Birliyin baş direktoru Ruslan Əliyevə təşəkkürünü bildirib. İlyas Məmmədov yeni yaranan Şuranın qadınların hüquqlarının qorunması, istedadlı xanımların əmək fəaliyyətinin stimullaşdırılması baxımından olduqca faydalı olacağına əmin olduğunu deyib. Büro rəisi ilə həmfikir olduğunu deyən Qadın və İnkişaf Şurasının sədri Gülnar Rəhimqızı hədəflərinin daha böyük olduğunu, Şuranın əhatə dairəsinin genişlənməsi istiqamətində çalışacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Görüş çərçivəsində Şura tərəfindən qadın əməkdaşlarla fəaliyyətin tənzimlənməsi məqsədi ilə Layihə-Konstruktor Bürosuna təyin olunmuş Xəyalə Aslanovanın təqdimatı da reallaşıb. Qeyd edək ki, Birliyin dəstəyinin təzahürü kimi Hüquq Departamentinin rəisi Vüqar Eyvazov da görüşə qatılıb. Departament rəisi Qadın və İnkişaf Şurasına fəaliyyətləri çərçivəsində hər cürə hüquqi məsləhətlərin, istiqamətlərin veriləcəyini ifadə edərək, zərif cinsin nümayəndələrinə böyük niyyətlərində uğurlar arzulayıb. Görüş çərçivəsində qərara alınıb ki, qadınlara əmək fəaliyyətində, eləcə də sosial məsələlərin həllində dəstəyin verilməsi, yaranmış hər hansı çətinlik və problemlərin səbəblərinin müəyyən edilməsi, aradan qaldırılması istiqamətində təkliflər hazırlansın və müvafiq qərarların qəbul edilməsi üçün Birliyin rəhbərliyinə təqdim edilsin.

image-fb_img_1639825837130 image-fb_img_1639825841415 image-fb_img_1639825844916


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki