image-qanunla-reklam
image-img-20211223-wa0120

Zərdabda “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib-FOTO

image-lady-day-az

23 Dekabr 2021-ci il tarixdə Zərdab rayon H.Əliyev Mərkəzində “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.

Qanunla.Az xəbər verir ki, YAP Zərdab rayon təşkilatının təşkilatçılığı ilə Zərdab rayon H.Əliyev mərkəzində “İlham Əliyev- davamlı inkişaf modelinin müəllifi” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova, Şəhid ailələri, İkinci Qarabağ müharibəsi iştirakçıları və qaziləri, YAP Zərdab rayon təşkilatının fəal üzvləri, pandemiya qaydalarına uyğun olaraq ümumilikdə 50 nəfər iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Şəhidlərin xatirə parkında onların əbədi xatirəsinə həsr olunmuş kompleksi, H.Əliyev parkında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar. Daha sonra cənab Prezident İlham Əliyevin fəaliyyəti ilə əlaqədar kitab sərgisinə baxış keçirilib. Rəsmi hissə H.Əliyev mərkəzində davam edib.
Tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Pərvin Mahmudova bildirib ki, Bu gün müstəqilliyinin bərpasının 30 illiyini yaşayan Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. Heç şübhəsiz ki, ölkəmizin inkişafında, gələcəyə əmin addımlarla irəliləməsində lider fenomeni müstəsna rol oynayır. Bu baxımdan əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan cənab İlham Əliyev ötən 18 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. Yəni Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Və gənc dövlətin əsaslarının möhkəmliyi, həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində reallaşıb. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir. Prezident İlham Əliyev Öz fəaliyyəti ilə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı, dəyişən qlobal və regional reallıqlar şəraitində ölkənin stabil milli maraqlarını qoruya bilmək bacarığı ilə Özünün əsl siyasi lider olduğunu isbatlayıb. Ölkəmizdə siyasi münasibətlərin inkişafından söz açan P. Mahmudova qeyd edib ki, cənab İlham Əliyevin sədrlik etdiyi hakim Yeni Azərbaycan Partiyasının rolu xüsusi vurğulanmalıdır. YAP fəaliyyət göstərdiyi dövr ərzində hər zaman ölkədə siyasi qüvvələrin sağlam əlaqələrinin qurulması, ümummilli məsələlərdə vahid mövqedən çıxış edilməsinin təşəbbüskarı olmuşdur. Bütövlükdə, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası ötən 29 ildə böyük inkişaf yolu keçib. YAP ölkəmizdə çox ağır və mürəkkəb siyasi proseslər zamanı tarixi zərurətdən yaranmış bir partiya olaraq qısa zamanda xalq arasında böyük nüfuz qazanıb, çünki, hər zaman öz fəaliyyətində ümummilli maraqları öndə tutmuşdur.
Ötən müddət ərzində cənab İlham Əliyevin sədrliyi altında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası xalqın arzularını, maraqlarını, məqsədlərini həyata keçirən bir ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilib və bu cür tendensiya eyni zamanda iqtidara münasibətdə olan müsbət rəyin artmasından xəbər verir.
Qeyd olundu ki, Ali Baş Komandanın şəxsən rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması 30 ilə yaxın müddətdə millətimizin əyilmiş, ancaq sınmamış qamətini düzəltdi, millətin ləyaqətini özünə qaytardı.
Azərbaycan adlı ölkə tarix boyu görmədiyi xalq, ordu, Prezident birliyi və həmrəyliyini 44 gündə gördü. Bu sarsılmaz birlik Qələbənin rəhninə çevrildi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə ardıcıl və sistemli abadlıq-quruculuq işləri aparılır, kənd, qəsəbə və şəhərlərimiz, tarixi, dini və mədəni abidələrimiz bərpa edilir. Həmin ərazilərdə müasir yol infrastrukturunun yaradılması, Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının inşası, uzun illərdir öz evlərindən didərgin salınan, hüquqları pozulan yüz minlərlə azərbaycanlının öz doğma yurduna dönməsinin, Böyük Qayıdışın qısa zamanda və ən yüksək səviyyədə həyata keçirilməsinə geniş imkanlar yaradır. Şübhəsiz ki, müasir bərpa-quruculuq konsepsiyaları əsasında reallaşdırılan tədbirlər, görülən işlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasına səbəb olacaq, 30 illik hərbi-siyasi əsarətdən xilas edilmiş ərazilərimizə yeni həyat və nəfəs verəcək.
İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı quruculuq və bərpa dövründə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da cənab Prezident, Ali Baş Komandan İlham Əliyevlə birlikdə, çiyin-çiyinə mübarizə aparmış, ordumuza, xalqımıza mənəvi güc verərək dəstək olmuş, əsl həqiqətlərin dünyaya çatdırılması istiqamətində misilsiz xidmətlər göstərmişdir.
Daha sonra Zərdab rayon Təhsil Şöbəsinin müdiri Gülağa İsgəndərov, Ağdaş Regional Mədəniyyət idarəsinin Zərdab rayon üzrə nümayəndəsi Urfan Əhmədov, Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin direktoru Kəmalə Əliyeva, Əlvənd kənd orta məktəbinin direktoru, YAP fəalı, Vətən müharibəsi iştirakçısı Elvin Xəlilov mövzu ətrafında çıxış ediblər.

image-img-20211223-wa0112 image-img-20211223-wa0113image-265261743_1078121309670439_4287913629662048960_nimage-img-20211223-wa0114image-266432991_630181698129776_3321121527868315941_nimage-media-img-20211223-wa0120-04pr65jh7ifckvmul8wqimage-img-20211223-wa0116image-268400695_454486119514116_4671795052503991036_nimage-img-20211223-wa0119image-267879671_293383512744774_1674960974440493718_nimage-img-20211223-wa0121 image-img-20211223-wa0122image-268488089_589541702082199_8290621207406467448_nimage-264193423_312898057392097_2682114707183967822_nimage-img-20211223-wa0123 image-img-20211223-wa0124 image-img-20211223-wa0125image-269863773_2711313705842335_5342079635646132067_nimage-img-20211223-wa0126image-267124785_262942052420374_4011171966944992686_nimage-img-20211223-wa0127image-267672291_343301460544045_9038972304510895622_nimage-img-20211223-wa0128image-267427839_904281350451294_789309465614721747_nimage-265324390_1545076592545676_5331035340722956294_nimage-img-20211223-wa0129


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki