image-qanunla-reklam
image-1627974194-ust-gecitten-boyle-atladi_570568_1

“23 qardaşım var, bir tək məni evə sığdıra bilmədilər” deyib, intihara cəhd ETDİ

image-lady-day-az

İstanbulda  evlənmək istəməyən gənc qız  intihara cəhd edib.

Qanunla.Az  xəbər verir ki, hadisə bu gün səhər saatlarında Taşkışla Caddesi üzərindəki  piyada keçidində meydana gəlib. Belə  ki, ailəsi  tərəfindən zorla  evləndirilən 22 yaşlı Elif adlı qız  Şişlidəki evindən İstanbula qaçıb.

Gecəni dostları ilə birlikdə parkda keçirən gənc qız səhər saatlarında  keçiddən ataraq, intihar etmək istəyib. Elif ağlayaraq, “23 qardaşım var, bir tək məni evə sığdıra bilmədilər”,- deyə qışqırıb.

Gənc qızın harayına xilasedici qüvvələr yetişib. Lakin 22 yaşlı qız  özünü keçiddən atıb.  Ağır bədən xəsarətləri  alan Elif xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki