image-qanunla-reklam
image-191784_z5c00shgzi

24 min londonlu azərbaycanlını dəstəklədi

image-lady-day-az

Mayın 6-da London meri vəzifəsinə keçirilmiş seçkinin nəticələri məlumdur. Bizim üçün diqqət çəkən məqam həmyerlimiz Kamran Balayevin mer postu uğrunda mübarizədə iddiaçılığı idi.

Qanunla.Az xəbər verir ki, Kamran Balayev 1981-ci ildə Bakıda anadan olub. Paytaxtdakı 6 nömrəli məktəbdə orta təhsil almışdır. O, Kembric və Oksford Universitetlərinin məzunudur, Harvard universitetində elmi fəaliyyətlə məşğul olub.

K.Balayev ABŞ-ın Sülh Fondunun İdarəetmə Şurasının üzvü, eyni zamanda Massaçusets ştatında yerləşən qədim Beynəlxalq Hüquq və Diplomatiya institutunda müşavirdir. O, zəngin beynəlxalq və hüquq təcrübəsinə malikdir, müxtəlif nufuzlu universitetlərdə mühazirələr deyir. Hüquq doktorudur.

Seçkiyə gəlincə, Kamran Balayev prosesdə gözləntilərin üzərində nəticə göstərdi. Təmsil olunduğu Renew (Yenilənmə) Partiyasının seçkiöncəsi məqsədi 5000 həddini keçmək idisə, K.Balayevin cəmiyyətin müxtəlif təbəqələrindən dəstək əldə etməsi 23450 səsin toplanılmasına gətirib çıxartdı. 2017-ci ildə qurulmuş Renew Partiyası üçün bu rekorddur. Üstəlik seçki sonrası təşkilatın nüfuzu da ciddi şəkildə qalxıb. İndi həmyerlimizin sayəsində “Renew” daha çox intellektualların partiyası olaraq tanınmağa başlayıb.

Qeyd etmək lazımdır ki, Britaniyada bələdiyyə seçkilərində 2 böyük partiyanın – Leyboristlər və Mühafizəkarların – namizədlərinin qələbə çalması ehtimalı birmənalı şəkildə yüksək idi. Kamran Balayev və partiyasının əsas niyyəti partiyanın elektoral dəstəyini artırmaq və “E-London” ideyasını təbliğ etmək idi. Hər iki məqsədə nail olunduğunu söyləmək mümkündür.

Kamran Balayevə görə, London XX əsrdə 3 inqilabi prosesdən keçib. 1960-cı illərdə London avrodollar bazarının mərkəzinə çevrilib. 1970-ci illərdə petrol dollar bazarının episentrinə çevrilib. 1986-cı ildə hadisələr “Bing Bang” adlanan kuliminasiya həddinə çatıb və London dünyanın maliyyə mərkəzinə çevrilib. Balayev hesab edir ki, əgər London dünyadakı qlobal mövqeyini qorumaqda israrlıdırsa, o zaman ‘E-London” layihəsi icra olunmalıdır ki, Britaniya paytaxtı dünyanın yüksək texnologiyalar mərkəzinə də çevrilsin. Bununla əldə ediləcək daha böyük investisiyalar Londonun iqtisadi çəkisinin yüksək qalmasını təmin edəcək.

Onu da vurğulayaq ki, K.Balayev eyni zamanda anadan olduğu Azərbaycanla da sıx bağlıdır və Britaniya azərbaycanlıları arasında böyük nüfuza malikdir.

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki