Hadisə Nizami rayonu 26 saylı Poliklinikada baş verib.
Qanunla.Az xəbər verir ki,Poliklinikanın baş həkimi Aida Məmmədovanın haqsız tələblərinə etiraz edən, poliklinikada qeydiyyatda olan vətəndaş özünü Baş həkimin ikinci mərtəbədəki kabinetinin pəncərəsindən atmaq istəyib.Xoşbəxtlikdən yaxınlıqda olan insanların köməyi ilə intiharın qarşısı alınıb.
Ümumiyyətlə dəfələrlə bu səhiyyə ocağının yarıtmaz fəaliyyəti haqda müxtəlif mətbuat orqanlarında,Saytlarda həyacan təbili çalınmağına baxmayaraq, baş həkimin Bakı baş Səhiyyə Mərkəzində və Səhiyyə Nazirliyindəki havadarlarının sayəsində indiyədək baş həkim haqqında heç bir tədbir görülməyib.
Baş həkim Poliklinikanı şəxsi mülkü kimi idarə edir. Poliklinikanın birinci mərtəbəsində iki diş, ikinci mərtəbəsində isə bir diş kabinələri fəaliyyət göstərir. Ürək,böyrək, nevropotoloq, kardioloq xəstələri isə üçüncü mərtəbələrə zülümlə qalxırlar. Ən dözülməzi isə şəkər xəstələrinin də üçüncü mərtəbəyə qaldırılmasıdır.Məlumata əsasən bildiririk ki, Baş həkim həttda Polikilinikanın həyətini Avtodayanacağa çevirib ordan da gəlir əldə edir.
Qeyd edək ki,Baş həkim haqqında əslində görsənən süjetdən sonra ,Hüquq mühafizə orqanları tərəfindən CM-125 özünü öldürmə həddinə çatdırma maddəsiylə cinayət işi qaldırılmalıydı… Təəssüflər ki…