image-970_50
image-img_0051-9

27 Sentyabr-Anım Günü Cəlilabad rayonunda geniş qeyd olunub-FOTO

image-728_90

Cəlilabad rayonunda 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib. Cəlilabad şəhərindəki Şəhidlər Xiyabanında təşkil olunmuş Anım mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələrinin üzvləri, qazilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, idarə və müəssisələrin kollektivlərinin əməkdaşları, əmək və müharibə veteranları, məktəblilər iştirak etmişlər. Mərasim iştirakçıları tərəfindən Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanlar anılmış, əbədi məşəl önünə gül-çiçək dəstələri qoymuşlar. 

Qanunla.Az xəbər verir ki,anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərzilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu Qələbədə ən çox payı vardır. Onların əziz xatirəsi böyüməkdə olan nəsil üçün örnəkdir.Çıxışlarda qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutulub. Nəticədə, hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub. Diqqətə çatdırılıb ki, düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.RİH başçısı Cəlilabad şəhər mərkəzi qəbristanlığında şəhid məzarlarını ziyarət etmiş, Vətən müharibəsi şəhidlərinin xatirə abidəsinin açılışı olmuşdur.Anım tədbirləri Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Burada xalqımızın mərd oğullarının cəbhə həyatını əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. 27 Sentyabr Anım günündə rayon ərazisində ağacəkmə aksiyası keşirilmişdir. Aksiyada rayon İcra Hakimiyyətinin, müxtəlif idarə təşkilat və müəssisələrin kollektivləri, Vətən müharibəsi iştirakçıları və könüllülər iştirak ediblər.27 sentyabr – Anım Günü ilə bağlı ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

image-_mg_0147 image-img_0005-17 image-img_0008-11 image-img_0023-14 image-img_0030-10 image-img_0193-1 image-img_0228-1 image-img_0236 image-img_0251-1 image-img_0260 image-img_0268-1 image-img_0303-1

 

Səmil Şahlaroğlu

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki