image-qanunla-reklam
image-1620378209_1616094606-680171-intihar-450x250

27 yaşlı gəncin intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA

image-lady-day-az

Mayın 17-də saat 11 radələrində paytaxt sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əskər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunla.Az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki