image-qanunla-reklam
image-meclis

3 qardaş ölkə “Bakı bəyannaməsi” imzaladı

image-lady-day-az

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysərinin üçtərəfli görüşü keçirilir.

Qanunla.Az xəbər verir ki, toplantıda üç ölkənin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunur.

Görüşün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanması nəzərdə tutulub. Bundan başqa, iyulun 28-də Türkiyə Böyük Millət Məclisi sədrinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşü planlaşdırılıb.

M.Şəntop Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

***

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanıb.

Sənədi hər üç ölkənin parlament sədrləri Sahibə Qafarova, Mustafa Şəntop və Əsəd Qeysər imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki