image-970_50
image-1637906389_pasinyan-ixis1

“30 ildir, bizi aldadırlar ki, Qarabağ Ermənistanındır”-  Paşinyan belə dedi?..

image-728_90
Paşinyan Qərbi Zəngəzurdakı(“Sünik”-“Sönük”-S.L.) erməni merləri ilə görüşündə sensasyon açıqlama verib.
Qanunla.Az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.
“Dünən Nikol Paşinyan Sünik merləri ilə görüşdə yalnız Sünikdən keçəcək dəhlizdən danışmayıb. Bizdə olan məlumata görə, o, Qarabağla bağlı sensasion bəyanat verib. Belə ki, Paşinyan  Qarabağın Azərbaycanın olması fikrini qəbul etməyə çağırıb. “Otuz ildir, bizi aldadırlar ki, Qarabağ Ermənistanındır və bunun sonunda baş verənlər də belə olmalıdır” –deyə Ermənistan baş naziri bildirib.
Biz bu barədə birbaşa olaraq bir neçə icma rəhbərinə sual verməyə  çalışdıq. Lakin həm Tatev meri, həm də Gorus merinin müavini sualı eşidib şərh vermək istəmədilər…
Dəhlizə gəlincə, Paşinyan birbaşa Sünik merlərinə deyib ki, biz yolları bağlaya bilmərik, Azərbaycana Süniklə Naxçıvanı birləşdirən yolu verməyə bilmərik. Çünki Əliyev buna hərbi yolla nail olmağa çalışacaq, bizim isə müqavimət göstərmək üçün resurslarımız yoxdur” – erməni nəşri belə  yazıb.
image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki