image-qanunla-reklam
image-169342126_1392152094479333_2937693351028457989_n

30 ilin strategiyası-Emil İmanov

image-lady-day-az

30 ilin strategiyası

Əziz xalqım, dəyərli millətim!

30 il həsrətində olduğumuz Qarabağ diyarına yenidən qovuşmağımız Azərbaycan tarixində qızıl həriflərlə yazılacaqdır. Qarabağ Azərbaycandır şüarı ilə Ali Baş Komandan Cənab İlham Əliyevin böyük əzmlə,uzaq görən siyasəti ilə və dünya jurnalistikası qarşısında şücayətli duruşu Qarabağımızı bizə qaytardı. Zabit və əsgərlərimizin qəhramancasına, bu zamana qədər filmlərdə izlədiyimiz qorxmaz igidlik səlnaməsi yazaraq öz canları və qanları bahasına Ali Baş Komandanın əmrinə tərəddüd etmədən ön cəbhələrə irəlləyərək qəhrəmanlıq dastanları yazdılar. Bir az tarix olaraq geri dönmək istərdim. 80-cı illərin sonu 90-cı illərin əvvəllərini Azərbaycan tarixi və milləti üçün ağır, acınacaqlı və matəm kimi qələmə almaq olar. Ancaq həqiqətəndə Pərvərdigarın biz müsəlmanlara inətidir ki, Heydər Əliyev kimi bir dahi şəsiyyəti bizə bəxş etdi. Azərbaycan millət olaraq dirçəlməsi, Dövlət iqtisadiyyatının mərkəz və bölgə infrastrukturunun günü-gündə gözlə görüləcək qədər yüksəlməsi məhs Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra müşahidə olunmağa başlandı. Ancaq işğal altında olan Qarabağ problemi qalmaqda idi. Buda Heydər Əliyevi narahat etdiyi qədərdə 30 ilin Qarabağ Azərbaycandır planı olan strategiya üzərində düşündürürdü. İlkin mərhələ olaraq Ümummilli lider bilirdi ki, güclü nizamlı orduya sahib olmaq üçün bir ölkənin dayanıqlı sarsılmaz iqtisadiyyatı olmalıdır. Məhz Heydər Əliyevin başlıca strateji ilk adıdımı əsrin müqviləsini yani Azərbaycan neftinin dünya bazarına çıxışını təmin etməsi idi. Bununlada həm daxili sosial rifahın eləcədə ordunun güclənməsinə, infrastrukturun inkişafına gətirib çıxardı. Ancaq bilirdi! Dahi Lider bilirdi ki, ömrü Şuşaya yenidən ayaq basmağa çatmayacaq. O bunu hiss edirdi. O üzdəndir ki, strategiyanın davamçısı kimi Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyevi görürdü və 30 il sonranı mahir siyasətçi kimi sezirdi. Həqiqətəndə biz bu nəslin milləti olaraq bunları canlı olaraq gördük. Ümummilli Lider Dahi Şəxsiyyət Heydər Əliyevin vəfatından sonra bütün xalqın yükünü Qarabağ dərdini öz çiyinlərinə götürərək irəlləyən İlham Əliyev Cənabları xalqın etimadını, sevgisini, inamını qazanmağı bacardı. Ən əsası 30 il öncə Qarabağ Azərbaycandır adlı strategiyanın banisi Heydər Əliyevin başlatdığı müqəddəs görəvi 30 il sonra tamamlayaraq Qarabağı Azərbaycan xalqına, millətinə qaytardı. Qürurla alnı açıq deyə bilərik ki, Qarabağ Azərbaycandır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki