image-970_50
image-6l4a1072_copy_2560x1707

30-ya yaxın tibb müəssisəsinin məsul şəxsləri cəzalandırılıb – RƏSMİ

image-728_90

Doqquz ay ərzində aparılan iki mindən çox yoxlama nəticəsində 218 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Qanunla.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli danışıb.

Onun sözlərinə görə, 2021-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ümumilikdə 2 001 yoxlama aparılıb.

Q.Təhməzli bildirib ki, yoxlamalardan 1396-sı planlı, 605-i plandankənar yoxlamalardır. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 4 400 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib. İnzibati tənbehvermə haqqında qərarlar əsasında 2 110 900 AZN məbləğində cərimə tətbiq edilib. 213 müəssisədə “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub. Məhdudlaşdırıcı qərarlardan 88-i ticarət obyektləri, 38-i ictimai iaşə müəssisəsi, 87-si istehsal müəssisələri və digər fəaliyyət sahələri barəsində olub.

O əlavə edib ki, 2021-ci ilin doqquz ayı ərzində Agentlik tərəfindən 50 147 ədəd qida təhlükəsizliyi sertifikatı, 39 243 ədəd fitosanitar sertifikat və icazə sənədi, 10 800 ədəd baytarlıq sertifikatı və icazə sənədi verilib.

Bununla yanaşı, 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib, səkkiz tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib.

Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki