image-qanunla-reklam
image-1626499830-214654877_154443116757298_7181407288900589195_n-1

30 yaşlı kişi ilə evləndirilən 16 yaşlı qızın anası DANIŞDI – VİDEO

image-lady-day-az

 

Bir neçə gün əvvəl Şəki rayonun Kiçik Dəhnə kəndində yaşayan 16 yaşlı qızın Bakının Maştağa qəsəbəsində yaşayan şəxsə ərə verilməsiylə bağlı görüntülər yayılıb və fakt təsdiqini tapıb Qanunla.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 30 yaşlı kişi ilə evləndirilən qız ailəsinə təhvil verilib.

Hazırda aidiyyəti qurumlar tərəfindən qız atası evinə qaytarılıb, yaxın vaxtlarda bu halın təkrarlanmaması üçün ailə nəzarətə götürülüb.

Qızın anası Xuraman Həbilayeva deyir ki, bu əslində toy yox, sadəcə nişan olub:

“Oğlan evi ilə aralarında anlaşıblar. Oğlanın valideynləri qızı indidən aparıblar ki, toyu sonra etsinlər”.

Qız orta məktəbin 9-cu sinifini bitirib. Müəllimlər deyir ki, valideynlərin razılığı əsasında uşaq orta təhsilini davam etdirə bilər:

Yaşanan hadisənin bu səviyyəyə çatmasını ağlına belə gətirməyən ana onu iki ildən sonra ərə verəcəyini bildirir.

Yeniyetməyə qarşı hər hansı təzyiqlərin olub-olmaması üçün müvafiq ekspertizalar təyin olunub. Polis əməkdaşları da məsələni ətraflı araşdırır.

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki