31 Mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Zərdab şəhər ictimaiyyət nümayəndələrinin iştiraki ilə soyqırım qurbanlarınin xatirəsi anıldı.
Qanunla.Az xəbər verir ki,tədbir iştirakçıları şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, icra başçısının müavinləri Rəhman Feyzullayev,Pərvin Mahmudova, icra hakimiyyətinin məsul şəxsləri və Təhsil şöbəsinin işçiləri Şəhidlərin xatirə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib,ruhlarına dualar oxunub. Tarix sübut edir ki, XIX əsrdən başlayaraq Ermənilər Azərbaycan və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək və tarixi torpaqlarımız hesabına “Böyük Ermənistan” ideyasını reallışdırmaq üçün ardıcıl olaraq dəhşətli soyqırımı cinayətləri törətmişlər. Təkcə 1918-ci ilin mart qırğınları zamanı Ermənilər tərəfindən Bakıda və bölgələrdə on minlərlə Azərbaycanlının həyatına son qoyulmuş qocalar, qadınlar və uşaqlar amansızcasına qətlə yetirilmiş, qədim tarixi abidələrimiz məhv edilmişdir.
1991- ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra da bu siyasət davam etmiş, yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində soyqırımı hadisələri barədə həqiqətlər üzə çıxdı, bu hadisələrə hüquqi və siyasi qiymət verildi. 1998-ci ildən başlayaraq 31 Mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunmağa başladı.
Qanunla.Az
Vüqar Rəhimov