image-qanunla-reklam
image-images

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı

image-lady-day-az

4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı.

Şuşa şəhəri 1992-ci il 8 may tarixində ermənilər tərəfindən işğal olunmuşdur. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər. Uzun illər davam etmiş işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri dağıdılıb, mənimsənilib, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq vandalizmə məruz qalıb. Azərbaycan Prezidenti Şuşaya ilk səfəri zamanı vaxtilə ermənilərin güllələdiyi söz, sənət adamlarının abidələrini apardı. Elə ilk səfərində Şuşanın yenidən, daha gözəl bərpa olunacağı barədə konkret göstərişlər verdi. Dərhal da əməli addımlar atıldı. Şuşa işğaldan azad olunandan sonra Müzəffər Ali Baş Komandan ordusu ilə işğaldan azad etdiyi şəhərə dəfələrlə səfər etdi. Bu davamlı səfərlər qədim yurdun xalqımız üçün əhəmiyyətinin, torpağa sahiblik hissinin, onun müqəddəsliyinə ali dəyərinin ifadəsidir. Şuşa bu gün cənab Prezidentin birbaşa nəzarəti altında yenidən qurulur, bərpa edilir. Qədim şəhəri daha da gözəlləşdirib ona həyat verməklə yaralarına dövlət başçısı özü məlhəm qoyur. Bu şəhərdə təkcə dağıdılmış binalar, infrastruktur bərpa edilmir, ulu yurdun milli ruhu da özünə qaytarılır. Şuşa mədəniyyət paytaxtımız elan olundu. Qısa zamanda bura siyasi diskussiyaların, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrildi. Şuşada musiqi festivalları, müsabiqələr, poeziya günləri keçirilir. Şuşa işğaldan azad olunandan sonra ilk dəfə dost, qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər etdi. Səfər zamanı iki ölkənin dövlət başçıları tərəfindən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamə imzalanmaqla ölkələr arasında Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsi başlandı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində məhz Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı cənab Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Dövlətimizin başçısı 2020-ci il noyabrın 8-də Şəhidlər Xiyabanından Azərbycan xalqına Şuşa müjdəsini verərək demişdir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.

Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Bu ifadələrlə cənab Prezident Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini ən aydın şəkildə səciyyələndirmişdir. Son dörd ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin binasının, yaşayış komplekslərinin inşası, Mamayı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin, Şirin su hamamının bərpası görülən işlərin sadəcə bir neçəsidir. Artıq Şuşaya keçmiş məcburi köçkünlərin bir qrupu qayıdıb və bu proses davam edir. Şuşa həm də bu il “İslam dünyasının mədəniyyət paytaxtı” adına yiyələnib. “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində Prezident İlham Əliyev çıxış edərək deyib: “Şuşa Azərbaycanın bir çox dahi mədəniyyət xadimlərinin vətənidir. Şuşada doğulmuş, burada boya-başa çatmış görkəmli və dahi mədəniyyət xadimləri bizim qürur mənbəyimizdir. Şuşa nəinki Azərbaycanda, bütövlükdə Qafqaz bölgəsində və daha böyük coğrafiyada tarixən mədəniyyət ocağı kimi tanınırdı. Şuşanın mədəniyyət xadimlərinin fəaliyyəti hər zaman böyük diqqət cəlb edirdi”.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

 

 

Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!

Şuşa Qarabağın tacı,mədəniyyət beşiyidir.Şuşa tarixi şəxsiyyətləri yetirib, boya-başa çatdıran diyardır. Şuşa coğrafi- mövqeyi, mədəniyyəti, tarixi ilə Azərbaycan tarixində böyük iz salan diyardır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Noyabrın 8-də Azərbaycan tarixində çox böyük dəyişim oldu. Azərbaycanda “Qarabağın döyünən ürəyi”, “Musiqi və incəsənət beşiyi” və xalqımızın bəhs etdiyi kimi “Sən tarixin özüsən,Azərbaycanın gözüsən” deyə bəhs etdiyimiz Şuşa şəhərinin işğaldan azad olunması çox böyük həvəslə və səbrlə gözlənilirdi.Çoxlarına görə bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 40 gündən çoxdur ki, davam edən döyüşlərdə həlledici üstünlük verəcək. Bu Azərbaycanın 30 il müddətində işğaldan azad etdiyi müharibədə qələbəsi deməkdir.Şuşanın azad olunması Azərbaycanın mənəvi qələbəsidir. Bu qələbə cəbhədə olan və olmayan azərbaycanlıların qələbəsi deməkdir. Şuşa 1992-ci ildə işğal edilib. O vaxtdan bəri bu işğal ermənilər üçün “böyük qələbə”, Azərbaycanlılar üçün “ən ağır itki” sayılıb. Şuşanın işğaldan azda olunduğu 28 il ərzində, qədim şəhərimizin itirildiyi may ayının 8-də heç kim şadlıq etməzdi, təntənəli tədbirlər təşkil edilməzdi, toylar keçirilməzdi. Şuşanın işğalının Azərbaycan xalqı üçün nə qədər böyük itki olduğunu bundan daha təsirli şəkildə heç nə ifadə edə bilməz. Şuşanın azad edilməsinin milli bayram kimi qeyd olunmağa tam haqqı çatır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin azad olunduğunun elan etməsi 28 il yarımdır həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə işğal altında qalıb, danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq vaxt qazanmağa, status–kvonu möhkəmləndirməyə çalışıb.Həmçinin bu illər ərzində müxtəlif güc mərkəzlərindən göndərilən siqnalllar Azərbaycanı vəziyyətlə barışmağa məcbur edib. Lakin xalqımızın qətiyyət, cəsarət, siyasi iradə göstərərək, öz maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədiyini vurğulanıb.Torpaqlarımızım ərazi bütövlüyünün qorunması xalqımızın əsas məqsəd və amalına çevrilmişdi. Bəli, illər boyu davam etmiş kədər, həsrət, faciəli hadisələrdən sonra tarixi ədalət bərpa olunur və Azərbaycan xalqı təsvirəgəlməz qürur və sevinc hissləri keçirir. Bizə bu hissləri yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışınının azad vedilməsi uğrunda canından–qanından keçən rəşadətli əsgər və zabitlərimizdir. Dağlıq Qarabağ bir ədalət məsələsidir. Bu bir xalqın taleyi,itirilmiş keçmişinin bərpası deməkdir. İllər ərzində cənab Prezidentimiz, Dövlət Başçımız qətiyyətli siyasət yürüdüb, ölkəmizin mənafeyini hər zaman müdafiə edib. Həmrəylik, xalqın etimadı, inamı, dəstəyi sayəsində Dövlətimizin Başçısı bütün təzyiqlərə qarşı gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla gəldi. Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan xalqı özünü qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiq etdi. Vətənimizi müdafiə edən və tarixi dədə- baba torpaqlarımızı işğaladan azad edən ərənlərimizin hər biri öz adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar.“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən ulu öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev reallaşdırdı. Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdacaq. İşğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq. “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bu tarixi gündə Azərbaycan xalqına bu müjdəni vermək Cənab prezident İlham Əliyev üçün çox önəmli bir an idi.  Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu çıxış tarixlərə yazıldı. Bu çıxış xalqımızı qürurlandırdı, yenilədi, bütövləşdirdi. 

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki