image-qanunla-reklam
image-1728048691_17280464424591734203_1200x630

4 Oktyabr – Cəbrayıl Şəhəri Günüdür

image-lady-day-az

4 Oktyabr – Cəbrayıl Şəhəri Günüdür.

2020-ci ilin payızı xalqımızın həyatında ən unudulmaz və daim yaddaşlarda yaşayan mövsüm kimi həmişə xatırlanacaq. Erməni qəsbkarlarının işğalı altında olan müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqları uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Qəhrəman zabit və əsgərlərmizin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə qoyuldu.

Vətən Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Prezident cənab İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciəti heç cür həyəcansız dinləmək mümkün deyil. “Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”. Prezident cənab İlham Əliyevin dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi. Həmin unudulmaz gündən dörd il ötür. Dörd ildir ki, 27 illik həsrətdən sonra rayon sakinləri vətən torpağına ayaq basmağın sevinci ilə yaşayırlar. İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki