image-qanunla-reklam
image-dsc04025

44 günlük haqq savaşında sinifdən səngərə yollanan direktoru Nazim Sadıqov

image-lady-day-az

44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğrunda şanlı tarix yazan igid oğullarımızın sırasında gənc müəllimlərimiz də az deyil. Vətənin dar günündə ehtiyatda olan zabit kimi sinifdən səngərə yollanan qorxmaz  oğularımızdan biri də qazi, baş leytenant , məktəb direktoru Nazim Sadıqovdu.

Biləsuvar rayonunda savadlı müəllim kimi tanınan Nazim müəllimi indi bütün Azərbaycan tanıyır. O da 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımız üçün tarix yazan tarix müəllimlərindən biridi. Biləsuvarın Bağbanlar kəndində dünyaya göz açan Nazim Ağacan oğlu Sadıqov 1995-99 cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində ali təhsil alıb. Təhsil aldığı illərdə ona ehtiyatda olan zabit kimi- leytenant xüsusi rütbəsi verilib. 1999-cu ildən doğulduğu kənd orta məktəbində tarix fənnini tədris edən Nazim müəllim artıq 10 ildir ki, həmin məktəbin direktorudur. 2020-ci ildə Vətən müharibəsi başlayanda ehtiyatda olan baş leytenantın da müraciəti qeydə alınıb və  döyüşlərə cəlb edilib.

Düşmənin hücum planlarını dəf etmək üçün müdafiə döyüşlərinə qatılan tağım komandiri ilk günlərdən Xocavənd və Ağdam istiqamətində mövqeləniblər.  Oktyabrın 9-da məxvi tapşırıq alan komandir öz dəstəsi ilə Xocavənddə düşmənin sahibləndiyi mühüm postları 3 günlük gərgin döyüşlərdən  sonra  azad ediblər.

Peşəsini mükəmməl bilən qazi müəllim bu gün partaların arasında daha məğrur görünür. Şagirdlərinə şanlı tariximizi sevə-sevə öyrədir. Bu il məktəbin qalib olduğu “Zəfər vətənpərvərlik klubu” layihəsinin də rəhbəri  Nazim Sadıqovdur.

Müəllim kimi fədakar olduğunu, döyüş meydanında qəhrəmanlığı ilə təsdiqləyən qazimizin  igidliyi də yüksək qiymətləndirilib. O, ölkə başçısının müvafiq sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

image-dsc04026 image-dsc04027

Səmil Şahlaroğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki