“Ölkənin ən iri pul əskinası ölkənin minimum əmək haqqından yuxarı olmamalıdır”.
“Qanunla.az” xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, 500 manatlıq əskinasların devalvasiyaya, infliyasiyaya səbəb olacağı kimi fikirləri əsaslı qəbul etmir:
“Bunun ciddi iqtisadi risk yaratma effekti yoxdur. Bu sadəcə xırda əskinaslara psixoloji basqı yaradır. Amma ən pisi odur ki, 500 manatdan az əmək haqqı alan insanlara neqativ təsir yaradır. Adam bir ay işləyir, amma onun əməyi heç bir əskinasın dəyəri qədər olmur. Buna görə də iri əskinas sevdasından uzaqlaşmaq lazımdır. Bu əskinasların digər bir mənfi tərəfi odur ki, belə əskinaslar daha çox çirkli pulların yuyulmasında və digər qeyri-qanuni əməllərin həyata keçirilməsi üçün istifadə edilir. Bu beynəlxalq təcrübədə təsdiqini tapmış haldır. Buna görə də 2010-cu ildə Britaniya və Avropa Mərkəzi Bankı 500-lük avrodan imtina etdi”.