Kombaynın altında qalan 61 yaşlı kişi ölüb.
Qanunla.Az xəbər verir ki, hadisə Şəki rayonunun Sarıca adlanan taxıl sahələrində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Mehdiyev Qiyas Məmmədbağır oğlu taxıl biçən kombayının ön hissəsində təmir işləri görən zaman birdən kombayın hərəkətə keçib. Bu zaman texnikanın altında qalan 61 yaşlı Q.Mehdiyev hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.