7 YANVAR MÜSAHİBƏSİ İLƏ LİDERİMİZ BÜTÜN DÜNYAYA VACİB MESAJLARINI VERDİ!
Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm ictimai və siyasi məqamlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini bir daha diqqətə çatdırmaqla yanaşı, ölkəmizlə əməkdaşlıq, yaxud çirkin rəqabət aparmaq niyyətində olanlara da lazımi mesajlarını verdi. Bütövlükdə, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın bu günü və gələcəyi ilə bağlı həm ölkə, həm də beynəlxalq ictimaiyyəti maraqlandıran suallara əhəmiyyətli dərəcədə cavab oldu. Prezident İlham Əliyevin müsahibəsində əsas xətti təşkil edən məqamlardan birini də məhz milli maraqların qorunması və milli təhlükəsizliyin təmin olunması məsələləri idi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, dövlət başçısı ölkəmizdə perspektiv təhdidlər üçün gənclər üzərindən müxtəlif platformaların yaradılmasına çalışan xarici qüvvələrin məkirli niyyətlərini də açıqladı: “Sirr deyil ki, belə bir məqamda “demokratiya”, “insan hüquqları”, “azad mətbuat” və başqa qulağa xoş gələn ifadə və söz birləşmələrini bəhanə gətirib, milyonlarla vəsaiti xəyanət yolunu tutmalı olan qrupların formalaşdırılmasına xərcləyən NED, EED kimi Qərbin “troya atları” da ifşalanmış olur. Məhz, bu təşkilatların maliyyəsi ilə bu gün Avropa şəhərlərində dislokasiya edilmiş təhqir müxalifətinin fəaliyyəti, eyni zamanda onların Azərbaycandakı radikal müxalifətin əməlləri ilə sinxronlaşdırılması, xor dərnəyinin üzvləri kimi birgə işləmələri bir daha onu deməyə əsas verir ki, sözügedən təhdid və xəyanət yolu mövcuddur və ona qarşı ictimai mübarizə daha da gücləndirilməlidir.
Ölkə başçısı öz müsahibəsində iqtisadi məsələlərə xüsusi önəm verib. Qeyd edilib ki, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da tənəzzülə nəzər salsaq görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. “Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq”, – deyən dövlətimizin başçısı əlavə edib ki, bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq. Bu göstəricilərin, sadəcə olaraq, keçən ilin məhsulu olmadığını vurğulayan dövlətimizin başçısı deyib: “Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq. Cənab Prezident yerli televiziyalara müsahibəsində müəyyən xarici dairələrin, xüsusilə Fransanın Cənubi Qafqazda gərginlik yaratmaq üçün atdığı addımlara da münasibət bildirdi. Eləcə də, Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi, bu platformanın önəmi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna dair fikirlər ifadə olundu.
Ən önəmli məqamlardan biri odur ki, dövlətimizin başçısı Böyük Qayıdışın növbəti müjdəsini verdi. Belə ki, bu il işğaldan azad edilmiş ərazilərimizə daha çox sayda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunacaq. Bütün bunlar xalqımız tərəfindən böyük sevinclə qarşılanır. Azərbaycan 2024-cü ili birmənalı olaraq çox müsbət nəticələrlə başa vurdu və daha yüksək hədəflərin müəyyən olunduğu 2025-ci ilə qədəm qoydu. Bütün sahələrdə dinamik inkişaf, dünyada durmadan artan nüfuzu və getdikcə güclənən beynəlxalq mövqeləri Azərbaycanın özü ilə növbəti ilə daşıdığı əsas yükü oldu. Bu yükün növbəti illərdə daha böyük dividendlərə çevrilməsi isə, birbaşa Azərbaycan dövlətinin bundan sonra həyata keçirəcəyi ilk növbədə xarici siyasətin effektivliyi ilə müəyyən olunacaq. Cənab Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində biz bu siyasi xəttin prioritet olacaq vektorlarının cizgilərini açıq-aydın müşahidə etdik. Eyni zamanda da dövlətimizin başçısı bu gün sadəcə Azərbycan ictimaiyyətini deyil, eləcə də bütün dünyanı maraqlandıran və düşündürən bir çox suallara dair təqdim etdiyi detallı açıqlamalarla növbəti dəfə dünyaya əsil siyasi master-klass keçmiş oldu.
Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Sevinc Gülüşova