image-qanunla-reklam
image-1628687603-hekim-doktor-aptek-klinika-xeste-xestexana

8 ay xəstəxanada işləyən saxta həkim saxlanıldı

image-lady-day-az

Avstraliyanın Sidney şəhərində qadın özünü həkim kimi göstərərək xəstəxanaların birində aylarca işlədiyi məlum olub.  

Qanunla.Az  xəbər verir ki, 27 yaşlı qadın koronavirus epidemiyası zamanı özünü  həkim kimi təqdim edərək,  xəstəxanada işə düzəlib. 8 aydan sonra isə xəstəxana rəhbərliyi qadının Avstraliya Sağlamlıq Tənzimləmə Agentliyində (AHPRA) qeydiyyatdan keçmədiyini görüb.

Bundan sonra gənc qadın işdən qovulub. Xəstəxana sözçüsü hadisə ilə əlaqədar verdiyi açıqlamada, yanvar ayında işə başlayan qadınla bağlı cinayət işi açıldığını bildirib.  Polis həmçinin də, qadını  yaşadığı ünvana  baxış keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki