image-qanunla-reklam
image-doner

8 nəfər dönərdən zəhərləndi: bəzilərinin vəziyyəti ağırdır

image-lady-day-az

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Qanunla.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu Report-a açıqlamasında hadisənin ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verdiyini bildirib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki