image-qanunla-reklam
image-1200x0

80 il əvvəl yoxa çıxan sualtı qayıq tapıldı

image-lady-day-az

 

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan İtaliya sualtı qayığını tapıblar.

“Jantina” adlı qayıq göyərtəsində 48 dənizçi ilə Yunanıstanın Leros adasını tərk edib, lakin 5 iyul 1941-ci ildə Britaniyanın “HMS Torbey” sualtı qayığından atılan torpedoya tuş gəlib.

“Jantina” son sığınacağını Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapıb. Sualtı qayıq İtaliyanın Dəniz Tarixi İdarəsinin qeydlərindən istifadə edilməklə aşkar edilib.

Qeyd edək ki, “Jantina” 1932-ci ildə işə salınıb və I Dünya müharibəsindən öncə İspaniya vətəndaş müharibəsində iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki