image-qanunla-reklam
image-screenshot_2-780x470

“Aprel Savaşı-Zəfərin başlanğıcı” adlı videokonfrans keçirilib – FOTO

image-lady-day-az

YAP Yevlax rayon təşkilatının Gənclər Birliyinin  təşəbbüsü ilə YAP Gəncə, Mingəçevir, Naftalan şəhər, Goranboy, Bərdə, Tərtər rayon təşkilatlarının iştirakı ilə Aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunmuş “Aprel Savaşı-Zəfərin başlanğıcı” adlı videokonfrans keçirilib.

Rezonans.az xəbər verir ki, konfrans öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra tədbiri giriş nitqi ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev tədbir iştirakçılarını salamladıqdan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edərək, konfrans iştirakçılarını məlumatlandırmışdır. Rafiq Əliyev 2016-cı ilin Aprel döyüşlərinin böyük Zəfərə aparan yolun başlanğıcı olduğunu qeyd edərək, Müzəffər Azərbaycan Ordusunun, cənab Ali Baş Komandanın irəli əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində başlanan Vətən müharibəsində bu Zəfər yolunun Qələbə ilə tamamlandığını diqqətə çatdırmışdır. Sonda Rafiq Əliyev torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq, şəhid ailə üzvlərinə səbr diləyərək, onlara dərin hüzünlə başsağlığı vermişdir.

Çıxış edən Vətən müharibəsi şəhidi Yusif Yusifbəylinin anası Mehriban Abbasova və Vətən müharibəsi şəhidi İbrahim Hüseynlinin həyat yoldaşı Surfanə Hüseynli öz doğmalarının keçdikləri qəhrəmanlıq yolundan danışaraq, bugün onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə çıxış edənlər, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin üzvü Fərid Vaqifli, YAP Gəncə şəhər təşkilatının əməkdaşı Nərmin Əliyeva, YAP Bərdə rayon təşkilatının fəalı Fidan Nəsirli, YAP Goranboy rayon təşkilatının fəalı Vüqar Xəlilov, YAP Naftalan şəhər təşkilatının fəalı, Vətən müharibəsi iştirakçısı İsa İsayev çıxış edərək, Zəfərə aparan Aprel döyüşlərindən və bu yolu Qələbə ilə bitirən Vətən müharibəsindən, tarix boyu Ermənistanın məğlubedilməzlik mifini məhv edən Azərbaycan əsgərinin rəşadətindən danışaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

Tədbir iştirakçıları bundan sonrada bizlərə qələbə sevincini bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə doğru inamla addımlayacaqlarını qeyd etmişlər.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki