image-qanunla-reklam
image-putin-1

90-cı illərdə baş verənlərin təkrarlanmasını istəmirik – Putin

image-lady-day-az

Əfqanıstanın təhlükəsizliyimizlə birbaşa əlaqəsi var.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Qərb gücləri sığınacaq axtaranların ABŞ və digər ölkələrdən viza alana qədər Mərkəzi Asiya ölkələrinə yerləşdirilməsində israrlıdır. Bu o deməkdir ki, onlar qonşumuz olan bu ölkələrə kiminsə vizasız göndərilməsini mümkün hesab edirlər, amma özləri vizasız şəxsləri istəmirlər. Bu, problemi həll etmək üçün çox alçaldıcı bir yanaşmadır. 90-cı illərdə və 2000-ci illərin ortalarında Şimali Qafqazdakı hərbi əməliyyatlarda baş verənlərin təkrarlanmasını istəmirik. Sabah bunu KTMT-nin iclasında müzakirə edəcəyik”, – Putin deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki