image-qanunla-reklam
image-fb_img_1740675041792

Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib-FOTO

image-lady-day-az

27 fevral tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsində vətəndaş qəbulu həyata keçirilib.

Qanunla.Az xəbər verir ki, fevralın 27-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Cavad Cavadov idarənin inzibati binasında vətəndaşları qəbul edib. Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Cavad müəllim qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd etmək istərdik ki, vətəndaşların qəbulu hər həftənin dördüncü günü 15:00-da həyata keçirilir. Qəbula yazılmaq üçün 146-0-3 çağrı mərkəzimizə, [email protected] ünvanına və ya 051-867-91-66 nömrəsinin votsapına müraciət edə bilərsiniz.

image-fb_img_1740675041792 image-fb_img_1740675067894 image-fb_img_1740675075228image-fb_img_1740675370318


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki