image-qanunla-reklam
image-ankara

AB Türkiyəyə bu imkanı vermək istəmir – Rus ekspert

image-lady-day-az

Avropa Birliyi Türkiyə ilə inteqrasiya prosesini məqsədli şəkildə gecikdirir.

Qanunla.Az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Yuliya Kudryaşova deyib.

“Türkiyə AB-nin öndə gələn ölkəsi Almaniyada yeni hökumətin qurulmasından sonra ittifaqla əlaqələri dərinləşdirmək niyyətindədir. Türkiyənin maraqları əsasən iqtisadiyyat, Gömrük Birliyi, viza sərbəstliyi və digər mövzuları əhatə edir. Gömrük Birliyi malların, xidmətlərin və sərmayənin, ən əsası işçi qüvvəsinin sərbəst fəaliyyətini nəzərdə tutur və bu vəziyyət Avropanın maraqları ilə uzlaşmır. Çünki qoca qitədə miqrasiya problemi dərinləşib. Brüssel bu yöndə Ankaraya əlavə imkanlar yaratmaq niyyətində deyil”, – deyə ekspert bildirib.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Birliyinin sərbəst viza və Gömrük Birliyinin yenilənməsi kimi mövzularda Türkiyə ilə dialoqdan yayındığını söyləmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki