image-qanunla-reklam
image-fotojet-8

Abdullahian-Lavrov görüşünün təfərrüatı

image-lady-day-az

 

Rusiyada rəsmi səfərdə olan İranın xarici işlər naziri Əmir Abdullahianın həmkarı Sergey Lavrovla görüşü baş tutub.

Tehran-Moskva münasibətlərinin son vəziyyətinin müzakirə edildiyi görüşdə iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə müntəzəm olaraq inkişaf etdirilməsinin lazımlığı vurğulanıb.

Görüşdə birgə iqtisadi komissiya iclasının keçirilməsi, ticarət, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın gücləndirilməsi üçün təməlin qoyulması və konsulluq məsələləri müzakirə edilib.

Həmçinin Qafqazdakı hadisələr gündəmə gətirilib, İranın nüvə anlaşması, Əfqanıstandakı son vəziyyət və Xəzər dənizinin hüquqi statusu müzakirə olunub.

Əmir Abdullahian İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünə verdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib və iki ölkə arasında əməkdaşlığın regional və qlobal mövzularda inkişaf etdirilməli olduğunu bildirib.

Rusiya xarici işlər naziri öz növbəsində, nüvə anlaşmasının bərpası ilə bağlı danışıqların bərpa edilməli olduğunu vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki