image-qanunla-reklam
image-foto-reuters

ABŞ Almaniyaya raketlər yerləşdirir: Rusiya təşvişdə…

image-lady-day-az

Amerika raketlərinin Almaniya ərazisində yerləşdirilməsi Rusiya ilə Almaniya arasında gərginliyə və Rusiya-NATO münasibətlərinin pisləşməsinə səbəb olmayacaq.

Qanunla.Az xəbər verir ki, bu sözləri Almaniya Xarici Siyasət Cəmiyyətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə proqramların rəhbəri Ştefan Mayster deyib.

“Mən gərginlik olacağını düşünmürəm”, – deyə ekspert bildirib.

Onun fikrincə, Almaniya və NATO Rusiyanın nəzarətində olan boşluğu bağlayır və bu, Avropanı daha təhlükəsiz edir.

Qeyd edək ki, bundan öncə Ağ Ev ABŞ-ın 2026-cı ildə Almaniyada daha uzunmənzilli yeni raketlər yerləşdirməyə başlayacağını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki