ABŞ Səhiyyə Departamenti son 40 ildə alkoqol qəbulu səbəbindən ölümlərin rekord həddə çatdığını bildirib.
Qanunla.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, təkcə 2020-ci ildə Birləşmiş Ştatlarda 52 000 nəfər ölümü qeydə alınıb.
Eyni zamanda, 2019-cu ildə ölüm nisbəti 39 min olub. Bildirilir ki, “sərxoş” ölüm hallarının sayı 2020-ci ildən bu yana 26% artıb. Bu rəqəm son dörd onilliyin ən yüksək göstəricisi olub.
Hesabatda qeyd olunur ki, içki içənlər ən çox qaraciyər və mədəaltı vəzi çatışmazlığından və zəhərlənmədən ölür.