image-qanunla-reklam
image-1627642162_modern-az-30-07-2021-1627641822

ABŞ-da iki qatar toqquşdu – 20-dən çox yaralı var

image-lady-day-az

ABŞ-ın Boston şəhərində küçə metrosunda iki qatarın toqquşması nəticəsində 20-dən çox adam xəsarət alıb.

Qanunla.Az  “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə “WWLP” məlumat yayıb.

Məlumata görə, hadisə Boston Universiteti yaxınlığında, Bebkok-Stritdə baş verib. Qəza nəticəsində ümumilikdə 23 nəfər xəsarət alıb, Yaralılar regional tibb müəssisələrinə yerləşdirilib.

Qeyd olunur ki, əraziyə gediş-gəliş dayandırılıb. Hadisənin səbəbləri hələlik açıqlanmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki