image-qanunla-reklam
image-fotojet-38

ABŞ-da potensial risklərə görə yeniyetmələr üçün “Moderna”nın təsdiqi təxirə salınıb

image-lady-day-az

 

ABŞ Qida və Dərman Administrasiyası (FDA) 12-17 yaşlı yeniyetmələr üçün koronavirusa qarşı “Moderna” peyvəndinin qiymətləndirilməsini tamamlamaq üçün daha çox vaxta ehtiyacı olduğunu açıqlayıb.

ABŞ-ın əczaçılıq şirkətindən bildirilib.

Qeyd edilir ki, hazırda mənfi reaksiyaların riskləri qiymətləndirilir.

Xüsusilə, FDA bildirib ki, araşdırma 2022-ci ilin yanvarından tez tamamlana bilməz.

ABŞ biotexnoloji şirkəti açıqlayıb ki, FDA-nın peyvənddən sonra miokardit riski ilə bağlı son beynəlxalq təhlilləri qiymətləndirmək üçün daha çox vaxta ehtiyacı var- bu, ilk növbədə gənc kişilərə təsir edən nadir yan təsirdir.

“Moderna” iyun ayında 12-17 yaş arası yeniyetmələrin peyvənd olunması ilə əlaqədar ABŞ-da icazə almaq üçün müraciət edib.

Bu yaşdakı amerikalılar üçün indi anoloji- “Pfizer” COVID peyvəndi uyğundur (may ayında FDA və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri tərəfindən təsdiq edilib).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki