Xəbər verdiyimiz kimi, ABŞ-ın Virciniya ştatının Aleksandriya şəhərində daimi əsaslarla yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizova övladının Bakıda Şirəliyev Müşviq tərəfindən qanunsuz övladlığa götürməsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə  şikayət  etmişdi.  Məsəslə ilə bağlı  qadın polisə dəfələrlə müraciət edib. Belə ki, ananın şikayəti media qurumlarında işıqlandırıldıqdan sonra problem öz həllini tapıb. 

Qanunla.Az-ın  məlumatına görə,  Xəzər Rayon Polis İdarəsi və  bəzi aidiyyatı qurumların araşdırmalardan sonra  Əzizova Qloriya Üzeyir qızı anası Lətafət Əzizovaya təhvil verilib.

Qeyd edək ki, Lətafət  Əzizova azərbaycanlı şəxslə nikaha daxil olduqdan sonra Amerikaya köçüb. 2018-ci ilin iyunun 9-da onların Qloriya adlı qızları dünyaya gəlib. Qadın bir ildən sonra qızı ilə birlikdə Azərbaycana  qayıdıb. Amerikada işləyən Lətafət qızına baxa bilmədiyi  üçün Bakıda tanıdığı ailənin yanına qoyub. Əzizova Amerikada işlərini yoluna qoyduqdan sonra gəlib qızımı götürəcəkmiş. Lakin həmin ailə azyaşlını  qanunsuz şəkildə övladlığa  götürərək,  Qloriyanı anasından gizlədiblər.