Vaşinqtonda qəzaya uğrayan Bombardier CRJ700 təyyarəsinin 18 sərnişininin meyiti çaydan çıxarılıb.
Qanunla.az xəbər verir ki, bu barədə CBS rəsmilərə istinadən məlumat yayıb.
“American Airlines” Reyqan hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olduğu bildirib.
“Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, ölüm faktları təsdiqlənib və xilasedicilər hələlik sudan sağ insan çıxarmayıb. Bildirilirki, təyyarə suda parça-parça olub, helikopter isə yaxınlıqdakı əraziyə düşüb”, – CNN telekanalı yazıb.
Göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü olan “American Airlines” 5342 nömrəli təyyarə Kanzas ştatının Viçita şəhərindən yola düşmüşdü. Rəsmilərin dediyinə görə, təlim uçuşu olan Amerika ordusuna məxsus helikopterdə üç əsgər olub.
Reyqan Milli Hava Limanında bütün uçuşlar və enişlər dayandırılıb.