ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, hətta demokratlar da Ukraynanın maliyyələşdirilməsinin perspektivsiz olduğunu anlayıblar.
Qanunla.az xəbər verir ki, onun sözlərinə görə, Kiyev dağıdılıb, ərazilərini itirir və ölkənin gələcəyi ciddi təhlükə altındadır.
“Ukrayna 100 il geriyə atılıb, enerji sektoru məhv edilib, milyonlarla insan ölkəni tərk edib. Biz insanlara təkcə qələbənin deyil, Krımın geri qaytarılmasının da mümkün olduğu illüziyasını yaratdıq. Lakin reallıq uzunmüddətli çıxılmaz vəziyyətdir,” – deyə Rubio vurğulayıb.