image-qanunla-reklam
image-973eb8de096ac8527da965c85933fe97

ABŞ-ın Səudiyyə Ərəbistanında Zelenskiyə qarşı gözlənilməz qərarı- görüşdən imtina edildi 

image-lady-day-az

ABŞ dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanında keçiriləcək görüşlər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə planlaşdırılmış heç bir görüşün olmadığını açıqlayıb.

Qanunla.Az xəbər verir ki, bu xəbər beynəlxalq siyasi arenada böyük rezonans doğurub və ABŞ-Ukrayna münasibətləri ilə bağlı müxtəlif şərhlərə səbəb olub.

Məsələ ilə bağlı verilən açıqlamalara görə, Zelenskinin bu görüşlərdən kənarda qalması diplomatik baxımdan mühüm bir addım kimi dəyərləndirilir. Bu, eyni zamanda ABŞ-ın Ukrayna siyasətində mümkün dəyişikliklərin siqnalı kimi qəbul edilir.

Bundan əlavə, senator Marko Rubio yalnız Ukraynanın danışıqlar qrupunun üzvləri ilə görüşməyi planlaşdırır. Qeyd olunur ki, bu heyətə Zelenski daxil deyil. Bu fakt Zelenskinin prosesdən kənarda qalması ilə bağlı daha çox suallar yaradıb.

Ekspertlər hesab edirlər ki, bu addım Ukrayna rəhbərliyinə dolayısı ilə mesajdır və ABŞ-ın gələcək siyasətində müəyyən dəyişikliklərin xəbərçisi ola bilər.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki