image-qanunla-reklam
image-zengezur-dehlizi

ABŞ İrəvanı tələsdirir: Sülh olmalı, dəhliz açılmalıdır

image-lady-day-az

İsveçrədə Ukrayna ilə bağlı Sülh Forumunda iştirak edən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikitərəfli görüşlər çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla fikir mübadiləsi aparıb. Görüşdə Ermənistan-Amerika təhlükəsizlik əməkdaşlığının aspektləri, həmçinin Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyi müzakirə edilib.

Qanunla.Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu görüşün ardınca Vaşinqtondan İrəvana qısa məzmunlu mesaj göndərilib:

“Tərəfinizi seçin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb-qalmamaqla bağlı qərar verin”. Əslində bu mesajı Ceyk Sallivan Armen Qriqoryana birbaşa da deyib. Əgər İrəvan Ermənistanın müdafiə və təhlükəsizliyinin gücləndirilməsində ABŞ-ın dəstəyini müzakirə edirsə, onda Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Tələb isə qətidir: “Məndən dəstək istəyirsənsə, düşmənim Rusiyanın hərbi təşkilatını tərk etməlisən!”

Sallivan böyük ehtimalla Qriqoryana Azərbaycanla məsələləri sürətlə həll etməyi də tövsiyə edib. Bunu İrəvana səfər edən amerikalı diplomatlar da deyirlər. Vaşinqtonun mövqeyi belədir ki, nə qədər ki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb, Cənubi Qafqazda sülh və bölgə ölkələri arasında əməkdaşlığın başlanılmasına nail olmaq lazımdır. Vaşinqton Ermənistanın regional layihələrdə iştirakını, Orta dəhlizə qoşulmasını istəyir. Ancaq bunun reallaşması üçün Azərbaycanla Ermənistan arasındakı məsələlər həll olunmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan Konstitusiyasında qonşu dövlətlərə ərazi iddialarını əks etdirən bəndlər çıxarılmalıdır”.

Politoloqun fikrincə, İrəvan qərar verməkdə çətinlik çəkir:

“Ermənistan hökuməti bir tərəfdən ABŞ-dan dəstək istəyir, digər tərəfdən Rusiya ilə ipləri qoparmaqdan ehtiyat edir. Misal üçün Armen Qriqoryan Ukrayna ilə bağlı Sülh Forumunda iştirak etsə də, nə çıxış edib, nə də yekun bəyanata imza atıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki