image-970_50
image-rus-sulhmeramli

ABŞ kəşfiyyatı: Rusiya Qarabağda buna cəsarət etmədi

image-728_90

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi 2021-ci ildəki qlobal təhdidlər barədə hesabat hazırlayıb.

Qanunla.Az xəbər verir ki, hesabat nəzərdən keçirilməsi üçün Senata təqdim edilib.

Yeni hesabatda ABŞ üçün əsas təhdid kimi Çin və Rusiya göstərilib. Kəşfiyyat İdarəsi dünyanın qlobal strateji yarış erası yaşadığını, bunun üçün də ABŞ-ın rəqibləri olan Rusiya və Çinin Vaşinqtonun hərbi üstünlüyünə meydan oxuyacaq vasitələr hazırladığını bildirib.

Hərbi tədbir kimi sənəddə proksi döyüşçülərdən və muzdlulardan istifadə, kiberhücumlar, informasiya manipulyasiyası, rəqiblərin iqtisadi gücünün dağıdılması və s. göstərilib.

Kəşfiyyat Rusiya ordusunu ölkənin mövcudluğuna potensial təhdid sayıb. İddia edilib ki, rus ordusu Rusiya sərhədləri boyunca yerləşən ölkələrə təsir üçün alət kimi istifadə edilir və bu da Moskvanın Vaşinqtonun qlobal liderliyinə meydan oxumasına səbəb ola bilər.

Hesabatda II Qarabağ savaşına da yer ayrılıb. Pentaqon Rusiyanın Dağlıq Qarabağa birbaşa müdaxiləyə cəsarət etmədiyi bildirilib. ABŞ hərbi kəşfiyyatı Moskvanın regionda təsirini başqa metodlarla qorumağa çalışdığını qeyd edib. Bu fonda Vaşinqton Rusiya sülhməramlılarının Qarabağda yerləşməsini Moskvanın Qafqazda təsirini gücləndirməsi kimi dəyərləndirib.

Rusiyanın ABŞ-la birbaşa hərbi toqquşmada maraqlı olmadığı, amma Qərblə qarşıdurmadan imtina etməyəcəyi də bildirilib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki