image-qanunla-reklam
image-adf84b8b-56de-3fcf-a538-c8da2b0c8ccb_850

ABŞ kəşfiyyatı yeni koronavirusun mənbəyi ilə bağlı hesabatını yayıb

image-lady-day-az

ABŞ kəşfiyyatı yeni koronavirusun bioloji silah kimi yaradılmadığına inanır. Birləşmiş Ştatlar kəşfiyyatı hesab etmir ki, yeni koronavirus bioloji silah kimi yaradılıb.

Bu barədə ABŞ-ın Milli Kəşfiyyat Direktoru Aparatının saytında dərc olunmuş hesabatda deyilir.

“Hesab edirik ki, virus bioloji silah kimi hazırlanmayıb”, – sənəddə deyilir.

Ölkənin kəşfiyyat orqanlarının əksəriyyəti də virusun “ola bilsin, genetik olaraq dəyişdirilmədiyini” güman edir. Bununla belə, kəşfiyyat orqanı hesab edir ki, bu cür qiymətləndirmələr üçün “kifayət qədər məlumat yoxdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki