Knesset ötən gün Qüdsdə İordan çayının qərb sahilindəki fələstinlilərə xidmət göstərmək üçün konsulluqların açılmasının qarşısını alan qanun layihəsini qəbul edib.
Qanunla.Az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
Bildirilib ki, qanunda Qüdsün “İsrailin paytaxtı” olduğu və burada diplomatik nümayəndəliklərin yalnız İsraillə saziş əsasında açıla biləcəyi əks olunub.
Qeyd edilir ki, Qüdsdə fələstinlilərə xidmət edən konsulluğu ABŞ açmaq istəyirmiş.