image-qanunla-reklam
image-2d0a7aba-9cb2-34f1-a940-355d1cabafdb_850

ABŞ-la “Taliban” arasında gələn həftə məsləhətləşmələr başlayır

image-lady-day-az

 

ABŞ Dövlət Departamenti gələn həftə “Taliban”la terrorla mübarizə mövzusunda məsləhətləşmələrə başlayacağını təsdiqləyib.

Qanunla.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays məlumat verib.

Prays deyib ki, Əfqanıstan üzrə xüsusi elçi Tom Uest “Taliban” liderləri ilə iki həftəlik görüş üçün Dohaya gedəcək.

Danışıqlara ABŞ vətəndaşları və xüsusi öhdəliklərimiz olan əfqanlar üçün təhlükəsiz səyahət, həmçinin humanitar yardım məsələləri daxildir.

Qeyd edilir ki, ABŞ təkcə bu il Əfqanıstana 474 milyon dollar humanitar yardım vəd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki