image-qanunla-reklam
image-usa_police_050213_1

ABŞ texnologiyasını İrana ixrac edən şəxs həbs edildi

image-lady-day-az

ABŞ-İran ikili vətəndaşlığı olan Kambiz Attar Kaşani ABŞ-a məxsus elektron avadanlıq və texnologiyaları İran hökumətinə qeyri-qanuni ixrac etməkdə ittiham olunaraq həbs edilib.

 

Qanunla.az xəbər verir ki, məlumatı ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Çikaqo ştatında saxlanılan Qəşaninin ABŞ tərəfindən sanksiya tətbiq edilən İran Mərkəzi Bankına Amerika texnologiyalarını tədarük etdiyi iddia edilir.

 

İttihama görə, şübhəli şəxs Bruklindəki şirkət də daxil olmaqla, bir neçə ABŞ texnologiya şirkətindən məhsul satın almaq üçün BƏƏ-yə məxsus iki şirkətin adından istifadə edib.

 

Bildirilir ki, ABŞ texnologiyalarının qeyri-qanuni ixracı 2019-cu ilin fevralından 2021-ci ilin iyun ayına kimi davam edib.

 

Eyni zamanda, şübhəli şəxsin ABŞ Xəzinə Nazirliyi Xarici Aktivlərə Nəzarət Ofisindən (OFAC) lisenziya almadığı da vurğulanıb.

 

Qeyd edək ki, OFAC İran Mərkəzi Bankını Hizbullah və SEPAH-ın Qüds Qüvvələrinə maddi və texnoloji dəstək verməkdə ittiham edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki