image-qanunla-reklam
image-erdogan-tramp

ABŞ Türkiyədən İranla bağlı bunu istəyə bilər – Hürriyət

image-lady-day-az

ABŞ İranla münaqişə yaranacağı təqdirdə Türkiyədən Suriyanın hava məkanından istifadəsinə müdaxilə etməməyi və bitərəf qalmasını istəyə bilər.

Qanunla.Az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti mənbələrə istinadla məlumat yayıb.

“Əgər ABŞ və İran arasında aparılan danışıqlar uğursuz başa çatsa, bu məsələ Türkiyə və ABŞ prezidentləri arasında görüşün gündəm mövzularından birinə çevriləcək. Ərdoğan, təbii ki, İsrailin İrana hücum etməsinə qarşıdır. O bunu region üçün təhlükəli hesab edir. Lakin Türkiyədən bu müharibədə neytral mövqe sərgiləmək və Suriyanın hava məkanından istifadəyə mane olmaması istənilə bilər”, – nəşr yazıb.

Qəzet ABŞ Prezidenti Donald Trampın may ayında Yaxın Şərq turu çərçivəsində Türkiyəyə səfər edə biləcəyini qeyd edib:

“Trampın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra Türkiyəyə gəlmək ehtimalı var. Əgər bu baş verməzsə, Ərdoğanın ABŞ-a səfəri iyun ayına planlaşdırılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki