image-qanunla-reklam
image-tomagavk

ABŞ Ukraynaya “Tomahavk” verir? – Rusiyadan reaksiya

image-lady-day-az

ABŞ uzaq mənzilli “Tomahavk” raketlərinin Ukraynaya verilməsindən çəkinməlidir. Əks halda bu raketlər qanuni hədəf kimi tanınacaqlar.

Qanunla.Az xəbər verir ki, bunu rusiyalı deputat Mixail Şeremet deyib.

“ABŞ mümkün tələsik qərarlarının nəticələri barədə düşünməli və yəqin ki, yeni dünya müharibəsini alovlandırmaq qərarına gələn Zelenskinin göstərişinə uymamalıdır. “Tomahavk” raketləri Ukrayna ərazisinə çatdırılarsa, onlar avtomatik olaraq məhv edilməsi üçün prioritet hədəfə çevriləcək. Ukraynaya silah verən ölkələr anlamalıdır ki, Rusiya öz təhlükəsizliyini təmin etməyə hazır və qadirdir. Hər bir təcavüzkar hərəkət və təxribat düşmən üçün qaçılmaz məhvlə nəticələnəcək”, – Şeremet bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki