Abşeronda 2 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.
2019-cu il təvəllüdlü Felin Oruclu 6-cı mərtəbədə olan mənzildə oynayarkən ehtiyatsızlıqdan yerə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.