Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.
Qanunla.Az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 21-i saat 19 radələrində rayonun Saray qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Tural Məmmədov idarə etdiyi “Ford Transit” markalı avtomobillə yolu keçmək istəyən 1947-ci il təvəllüdlü Əvəz Sevdimalıyevi vurub. Nəticədə xəstəxanaya aparılan piyada orada ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.