image-2000_150
image-970_50
image-1616937629-16169-1616937277backend

Abşeronda iki mina AŞKARLANDI

image-728_90

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobustan kəndi yaxınlığında sursat aşkar olunması barədə məlumat daxil olub.

Qanunla.Az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub. Pirotexniklər polis əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirdikdən sonra aşkar olunan sursatlara baxış keçiriblər.

Müəyyən olub ki, bu, 2 ədəd tank əleyhinə TM-62M təlim minasıdır. Sursatlar mütəxəssislər tərəfindən müvafiq qaydada götürülüb. Sursatların tapıldığı ərazidə (magistral yoldan aralı torpalıq ərazi) aparılan axtarışlar nəticəsində heç bir şübhəli əşya aşkar edilməyib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki