Yaxın dəqiqələrdə Abşeron rayonunda həbslər olub.
Qanunla.Az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.
Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.
***
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində əməliyyat keçirib, saxlanılanlar var.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.