Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsndə qeydə alınıb.
Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abızadə Tünzalə Razi qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.