image-qanunla-reklam
image-yenigundem_de2945a954a2ec9e356229187a48e56e_h79pv1ozwjx3kqygr6ma-480x460

Abşeronda Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verilib – FOTO

image-lady-day-az

Şəhidlərimizin xatirəsi əbədi yaşayır.

Abşeron rayonu, Güzdək qəsəbə sakini şəhid Turabov Rüstəm Fərman oğlunun xatirə bulağının açılışı baş tutdu.

Açılış mərasimində Milli Məclisdə Abşeronu təmsil edən millət vəkili Şahin Seyidzadə və Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı İradə xanım Gülməmmədova iştirak etmişdir.

Qeyd edək ki, Rüstəm Turabov 2016-cı ildə hərbi xidmətə yollanaraq, Şəmkir rayonunda Hərbi Hava Qüvvələrində xidməti başa vurmuşdur. 2020-ci ilin sentyabr ayının 29-da könüllü olaraq Qarabağın azad edilməsi uğrunda cəbhəxətti boyu gedən döyüşlərə qatılan şəhid Rüstəm Turabov Füzuli, Hadrud, Xocavənd istiqamətində döyüşlərdə şücaət göstərmişdir. 2020-ci ilin oktyabr ayında Ərgünəşli yüksəkliyinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid Rüstəm Fərman oğlu Turabovun “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki