image-qanunla-reklam
image-erdogan

Açar Ərdoğanın əlindədir – Levi

image-lady-day-az

Türkiyə və İsrail arasında münasibətlər daha yaxşı olmalıdır. Çünki İsrail və Türkiyə çox şeyi birlikdə paylaşır. Xalqlar arasında kəskin düşmənçilik yoxdur.

Qanunla.Az xəbər verir ki, bu sözləri Təl-Əvivin dünya şöhrətli jurnalisti Gideon Levi Ölkə TV-yə açıqlamasında deyib.

“İki ölkə arasında hər cür əməkdaşlıq mümkündür. İlk növbədə iqtisadi baxımdan bir çox türk məhsulunu İsraildə görə bilərsiniz. Mən iki ölkə arasında münasibətlərin yaxşılaşacağını gözləyirəm. Hər iki ölkə səfirini keçmişdə olduğu kimi görmək istəyirəm. Bizim ortaq çox nöqtəmiz var”.

O qeyd edib ki, iki ölkə arasında yaxşı münasibətlər fələstinlilərin də maraqlarına uyğundur:

“Türkiyə ilə yaxşı münasibət İsrailin Fələstinlə bağlı siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər. Hazırda açar Prezident Ərdoğandadır. O, yolu açsa, İsrailin də onun ardınca gedəcəyinə əminəm. Çünki İsrailin Türkiyəyə, müasir Türkiyənin də İsrailə ehtiyacı var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki